Ölkə

Azərbaycanda 18 yaşlı qız oğurlandı

16 Noyabr 2017 11:24
0 Şərh     Baxış: 2 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb. 
 
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.
 
 Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
 
Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.