Ölkə

Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır: Dağlarda, havada, dənizdə...

15 Noyabr 2017 17:48
3 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.
KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə praktiki fəaliyyəti də yoxlanılacaq.
Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.