Ölkə

Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı, başqa kişi ilə...

14 Noyabr 2017 18:33
14 Şərh     Baxış: 7 622

Sumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Tunar dizayn" şirkətində mebel ustası vəzifəsində işləyən Xəqani Hüseynov 2012-ci ildən Ramilə Əsgərova ilə faktiki ər-arvad münasibətlərində olub, 2014-cü ildə rəsmi nikaha girib. Onlar 24 sentyabr 2015-ci il tarixədək birlikdə yaşayıblar.

Qısqanclıq

Xəqani Hüseynov arvadı Ramilə Əsgərovanın başqa kişilərlə yaxın münasibətinin olmasından şübhələnib və bunun üçün onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

O, noyabrın 5-də, saat 21 radələrində Ramilə Əsgərova ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Ruzi" marketdən görüşüb. Onlar 5-ci mikrorayon, ev 27, mənzil 40-da əvvəllər birlikdə kirayə yaşadıqları evdən sənədləri götürmək üçün gəliblər.

Boşanma davası

Xəqani Hüseynov bir müddət söhbət etdikdən sonra gecə yarısı arvadına başqa kişilərlə mobil telefonla danışması barədə irad bildirib. Ramilə Əsgərova isə ərinə kobud cavab verib, sonra aralarında yaranmış mübahisə zamanı Ramiləni qəsdən öldürmək niyyətini qətiləşdirib.

16 bıçaq zərbəsi

Bu zaman Xəqani Hüseynov təxminən 1 ay əvvəl Sumqayıt şəhərində yerləşən "Şərq bazarı" ticarət mərkəzindən aldığı bıçaqla Ramilə Əsgərovaya çoxsaylı zərbələr vurub. Ramilə Əsgərovaya 16 ədəd bıçaq xəsarəti yetirən Xəqani Hüseynov onun öldüyünü güman edib və evin giriş qapısını bağlayaraq oradan gedib.

Ramilə Əsgərova sürünərək dəhlizə çıxıb və ucadan kömək istəyib. Bu zaman qonşuluqda yaşayan Rasim Həşimov ora gəlib və Ramilə Əsgərovanı qan içində görüb. O, hadisə ilə bağlı qadının atası Əkbər Əsgərova məlumat verib.

Hökm və narazılıq

Daha sonra Rasim Həşimov təcili yardım çağırıb. Çağırışa gəlmiş həkimlərin vasitəsilə zərərçəkmiş Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın noyabrın 6-da vəfat edib.

Xəqani Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Hüseynov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Cəzanın ağırlaşdırılması

Həmçinin prokuror da apelyasiya protesti verərək, Xəqani Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda prokurorun protestini qismən təmin edib və Xəqani Hüseynovun cəzasının ağırlaşdırılması barədə qərar qəbul edib. Qərara görə, Xəqani Hüseynovun cəzası 15 ilə qədər artırılıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.

Qəti cəza: 10 il

Bu qərardan narazı qalan məhkumun müdafiəçisi Əli Mehtiyev kasasiya şikayəti verib. Müdafiəçi Xəqani Hüseynovun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Müdafiəçinin şikayəti Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası müdafiəçinin kasasiya şikayətini təmin edib.

Xəqani Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Məhkəmə onun barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar verib./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Heybet · 14 Noyabr 18:47130

    Bawligi ele yaziblar ele bildim arvadini mecbur edib bawga kiwi ile yatsin

    Cavab yaz
    • Anonim
      Kostalon · 14 Noyabr 21:0750

      Heybet bey men de eynile ele bildim.

      Cavab yaz
  • Anonim
    Aydlndl · 14 Noyabr 19:3073

    Yaxwl kiwinin arvadl gezmez

    Cavab yaz
    • Anonim
      Filiz · 14 Noyabr 22:4210

      Belii raziyam gezirse demelii kisi...

      Cavab yaz
      • Anonim
        Aydlndl · 14 Noyabr 23:4600

        Haycan

        Cavab yaz
      • Anonim
        Aydlndl · 14 Noyabr 23:5200

        Necesen menim wirinim?

        Cavab yaz
        • Anonim
          D.s.a.o · 15 Noyabr 01:1110

          Ele yaxşı qadınlar var o..... kişilere qismet olur.

          Cavab yaz
        • Anonim
          D.s.a.o · 15 Noyabr 01:1240

          Arvadına az deyenler özgesine xanım deyer cığırıb qanmaz deyenler f.....ye canım deyer

          Cavab yaz
        • Anonim
          Filiz · 15 Noyabr 03:4400

          Yaxsi sen bes

          Cavab yaz
          • Anonim
            Aydlndl · 15 Noyabr 09:5800

            Men de yaxwlyam chox sagol

            Cavab yaz
      • Anonim
        D.s.a.o · 15 Noyabr 01:1300

        Filiz qanında vare qanında kişide döyül günah

        Cavab yaz
  • Anonim
    anonim · 14 Noyabr 19:3440

    Allah sene rehmet elesin Ramile. Yaxwi qiz idi.kiwi kimi qizdi. Onu sevib qacmiwdi.eri ise onu qisqancliqdan yox anasinin ramileni qebul elememesi uzunden oldurdu.Qisqancliqdan qiza o qeder zulm vermiwdi.Tesevvur eleyin Ramile dovwani cox sevdiyinden dovwani Ramilenin gozu qabaginda bawini kesmiwdi

    Cavab yaz
    • Anonim
      # · 14 Noyabr 19:5140

      Kaş o dovşanın başını kəsəndə ondan aralanardı

      Cavab yaz
    • Anonim
      Umrao · 14 Noyabr 19:57132

      Bunlar o qeder ciliz mexluqlardiki,guya namus uste oldurdum deyende ozlerini temize cixaracaqlar,day demirler ki oz kishiliklerini shubhe altina atirlar.Gor insandaki vehshiliye bax ki dovshani oldurub,havasi alinmayib qizi da oldurub((yaziq qizlarimiz kimlere gedir calanir,teessuf.Ruslari beyenmirler bizimkiler ki qeyretleri yoxdu,olmaz olsun bele qeyreti,gul kimi gelinleri,qadinlari cavan yashda qetl edirler,insanliqdan cixmish vehshiler,onlara fitva verenleri de zelil olsun ozlerile beraber.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.