Ölkə

Şəmkirdə 22 yaşlı qızın intiharının TƏFƏRRÜATI - YENİLƏNİB

14 Noyabr 2017 19:50
11 Şərh     Baxış: 5 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:50

Şəmkir rayonunda baş vermiş intiharın təfərrüatı məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, rayonun Kür qəsəbəsində intihar edən 22 yaşlı Aysel Rövşən qızı Tağıyeva Gəncə şəhər sakinidir və o, ikinci dəfə ailə həyatı quraraq yoldaşı ilə birgə həmin qəsəbədə kirayədə yaşayırmış.

Məlumata görə, qadının yoldaşı da əvvəllər başqası ilə ailəli olub. Ayselin ikinci evliliyindən 3 yaşında oğlu var. Hadisə zamanı Ayselin evdə tək olduğu bildirilir. Onun meyiti yaşadığı evin vanna otağında aşkarlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırmalara başlanılıb, istintaq aparılır.

----------

18:48

Şəmkirdə 22 yaşlı qadın intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kür qəsəbəsinin sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Aysel Rövşən qızı yaşadığı evdə özünü asaraq intihar edib.
 
Məlumata görə, A. Tağıyeva ailəli olub.
 
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.