Ölkə

Dəhşətli oyun Azərbaycanda da yayıldı - "Əmr edirəm, intihar et!"

14 Noyabr 2017 19:48
6 Şərh     Baxış: 3 117

Sön dövrlər dünyada baş verən yüzlərlər intihar hadisələrinin səbəbkarı kimi göstərilən "Mavi balina" oyunu sürətlə yayılmaqda davam edir.

Oyunun adı dalğaların sahilə vurduğu və həyatda qalma şansları çox az olan balinalardan götürülüb. "Mavi balina"nın rəsmi bir internet adresi və qanuni satışı yoxdur. Bu oyun rus tanışlıq saytlarına daxil olan şəxslərə idarəçi tərəfindən göndərilir. Oyuna daxil olan şəxslərin istifadə etdiyi cihaza birbaşa olaraq virus daxil olur. Həmin virus istifadəçinin bütün şəxsi məlumatlarını ələ keçirir və sonradan onun şantaj olunmasında istifadə olunur.

"Mavi balina" oyunu 50 gün davam edən, 50 təlimatdan ibarətdir. Burada insanların özünə xəsarət yetirilməsindən tutmuş, adları göndərilən qorxu filmlərinin izlənilməsinə qədər bir sıra təlimatlar verilir. 49 təlimatı bitirdikdən sonra 50-ci gündə istifadəçinin özünü öldürməsi tələb edilir. Son təlimatda deyilir: "Öl! Onsuz da yenidən doğulacaqsan".

Oyun 2015-ci ildə Rusiyada, 18 yaşdan aşağı uşaqlar arasında yayılıb. Təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilə qədər Rusiyada 130 uşaq bu oyunun qurbanına çevrilib. Rusiyadan sonra oyun qısa müddət ərzində Azərbaycan da daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Ukrayna, daha sonra Avropa ölkələri, ABŞ, Fransa və İngiltərədə də yayılmağa başlayıb. Son məlumatlara əsasən, təkcə Türkiyədə "Mavi Balina" oyununa görə 142 gənc intihar edib.

Milli.Az xəbər verir ki, ölkəmizdə də yayılan bu oyunla bağlı metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, şikayət nəticəsində bu cür oyunları silmək mümkündür:

""Mavi balina" oyununun "App Store" və "Play Store" ilə heç bir əlaqəsi yoxdur. İnsanların intiharına səbəb olan "Mavi balina" oyunu kompüter oyunu deyil. Bu oyun qeyri-formal xarakter daşıyır və insan faktorunun müəyyən komando verməsilə oynanılır. Qeyd etmək lazımdır ki, bu gün sosial şəbəkədə insanların həyatına, psixologiyasına təsir edən müxtəlif qruplar var. Onlara qarşı mübarizə aparılır, şikayət olunduqda isə bağlanır. "Mavi balina" oynu sırf sosial şəbəkələrdə gizli olaraq yayılıb. Bir məsələni qeyd etmək istəyirəm ki, müasir aləmdə "Darknet" adlanan internet mövcuddur. Bu, bizim gündəlik istifadə etdiyimiz internet deyil. Orada isanların psixologiyasına təsir edən bu tipli oyunlar, videolar olur. Bunların qarşısını almaq olduqca çətindir. Qlobal səviyyədə götürsək, ABŞ-ın xüsusi xidmət orqanları bununla mübarizə aparır. Belə halların Azərbaycana təsiri yoxdur. Lakin sosial şəbəkələrdə və digər proqramlarda psixologiyaya təsir edən oyunlar olarsa, mütləq bu haqda həmin oyunun yerləşdiyi şəbəkə, qurum və şirkətlərin onlayn mağazalarına müraciət etmək lazımdır. Şikayət nəticəsində bu tipli oyunlar silinə bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Jk · 14 Noyabr 20:06111

    Hec evde usaga is buyuranda getmir

    Cavab yaz
  • Anonim
    ..... · 14 Noyabr 20:14100

    xahis edirem valideynlere diqqetli olun hami bir birini basa salsin

    Cavab yaz
  • Anonim
    ana · 14 Noyabr 20:5850

    Ay analar diqqetli olun Uwaqlarinizi komputerde cox qoymayin girsinler Her addimini izletin Telefon zenglerine baxin Bu yaxinda bir uwaq bu oyundan intihar etdi Uwaqlariniza qarwi diqqetli olun

    Cavab yaz
  • Anonim
    Yağmur · 14 Noyabr 20:5860

    İndi uşaqlar belə oyunlara maraq göstərir .Ancaq valideynlər məsulliyyətli və diqqətli olmalıdır ki uşaqlar bu cür oyunlar oynamasın həyatlarını bir kabusa çevirməsin.

    Cavab yaz
  • Anonim
    Amador · 14 Noyabr 23:02011

    Men oynayiram 15 lvl di mende skaypla danwiram bu gece qorxulu kinoya baxacam maraqlidi chox

    Cavab yaz
  • Anonim
    id · 14 Noyabr 23:5500

    Very bad

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.