Ölkə

Fədayə Laçının VİDEOsu yayıldı

14 Noyabr 2017 10:02
15 Şərh     Baxış: 20 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Fədayə Laçının "Qoca" adlı kriminal-avtoritetin həbsdən qaçmasında təqsirləndirilərək həbs edildiyi barədə, demək olar ki, xəbəri olmayan yoxdur.

Milli.Az müğənninin həbs edilməmişdən öncə dəvət edildiyi verilişin görüntülərini əldə edib. ARB telekanalında "Səhər-Səhər" verilişində iştirakı müğənninin məlum hadisədən öncəki son efiri olub. Bu barədə gənc ifaçı Surahaji öz sosial şəbəkə hesabında məlumat verib:

"Və budur, Fədayə Laçının sonuncu efiri. Hansı ki, birlikdə duet də oxumuşduq. Çox heyif səndən, gözəl qəlbli qadın. Tezliklə bir daha görüşmək ümidi ilə".

Qeyd edək ki, müğənni Fədayə Laçın hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Fədayənin son efirindən olan görüntünü təqdim edirik:

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.