Faydalı qazıntı və sənaye tullantılarından gübrə əldə olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan gübrə kənd təsərrüfatında istifadəyə yararlı hala gətirilib. Tədqiqatlara rəhbərlik edən Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanov qeyd edib ki, nəzərdə tutulan gübrənin əldə olunması üçün azot, fosfor və kaliumun olması gərəkdir ki, bunlar da sözügedən sənaye tullantılarından əldə edilir.
Əldə olunmuş nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib və hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında qurğuda testdən keçirilməyə hazırlanır.
M.Alosmanov əlavə edib ki, bu işlər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələrdən irəli gəlir. Strateji sənəddə kənd təsərrüfatı istehsalçılarının gübrə, toxum və ting ilə təminatının, aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədi ilə tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlərin görülməsi də konsepsiyadan irəli gələn vəzifələrdir və sözügedən istiqamətdə tədqiqatların zərurətindən xəbər verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
XƏBƏR LENTİ
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)





