Ölkə

Bakıda turistlər qəzaya düşdülər - VİDEO - FOTO

10 Noyabr 2017 10:33
0 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.
Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu bildirib ki, o, avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.

Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra "Nissan" beton səkiyə çırpılıb. Nəticədə "Nissan"da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillər isə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb

Bakıda turistlər qəzaya düşdülər -1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.