Ölkə

Yağış yağacaq - XƏBƏRDARLIQ

7 Noyabr 2017 12:35
300 Şərh     Baxış: 8 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Xəbərdarlıq

Noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.