Ölkə

Şamaxı sakini özünü 12 metrlik su quyusuna atdı

6 Noyabr 2017 14:45
0 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metr dərinliyi olan su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. 
Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.