Bakıda Formula 1 yarışları üçün könüllülərin qəbuluna başlanıldı - Yeniliklər var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna başlayıb.
Şirkətdən Milli.Az-a verilən əmumata görə, bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunacaq.

Həmçinin, builki hazırlıq prosesində daha çox peşəkar inkişaf yönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.
Gələn mövsüm keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.
BŞH İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova növbəti yarış mövsümünə hazırlıqların builkindən geri qalmayacağını bildirib: "Əsas məqsədimiz könüllülərimizin inkişafıdır. Biz bu istiqamətdə effektiv addımlar atmağa çalışırıq. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir. Biz onların fərdi inkişafını təmin etməklə ölkə gəncliyinin inkişafına öz töhfəmizi verməyə çalışırıq.
Burada xüsusilə onu qeyd etmək istərdim ki, hər zaman öz üzərində işləyən və yüksək bacarıq nümayiş etdirən 50 könüllü 2017 Formula 1 Azərbaycan Qran Prisinin təşkilində məhz işçi kimi çalışmaq şansı əldə etdi və bu işdə onlar özlərini tam doğrultdular. Bu, bizim və könüllülərimizin uğurudur. Həmçinin, yarışdan əvvəl və yarış zamanı yüksək əzmkarlığı ilə seçilən ən fəal 5 könüllü İtaliya Qran Prisində iştirak etmək imkanı qazandı.
Bakı Şəhər Halqası Akademiyası könüllülərin yalnız yarışlara yüksək səviyyədə hazırlanmasına deyil, eyni zamanda onların karyera baxımından da inkişaf edib uğur qazanmasına dəstək göstərir. Bu il də akademiyada könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə maraqlı seminarlar və danışıq klublarının təşkilini nəzərdə tutmuşuq.
Əminliklə deyə bilərəm ki, bu il könüllülərimizi çox sayda sürpriz gözləyir. Fürsətdən istifadə edərək yarışa öz töhfəsini vermək istəyən hər bir kəsi könüllülər proqramına qoşularaq Formula 1 yarışının təşkili işində yaxından iştirak etməyə dəvət edirəm!"

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün azı 16 yaşında olmaq, İngilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Şərtləri ödəyən hər bir şəxs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. Proqram haqqında daha ətraflı məlumatı 012 404 13 83 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Foto - Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)





