Ölkə

Novxanıda tələbəni öldürən dəstənin daha bir evə basqın etdiyi məlum oldu

19 Oktyabr 2017 12:57
2 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda iranlı tələbəni öldürməkdə şübhəli bilinərək tutulan dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalarla saxlanılan dəstə üzvləri -  Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov Zahid Dünyamalıyevin bir müddət əvvəl Kürdəmir rayon sakini Zahid Zərbəliyevin yaşadığı evə girərək ev sahibi və onun həyat yoldaşının ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardıqları müəyyən edilib.
 
Qeyd edək ki, sözügedən şəxslər oktyabrın 11-də İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evinə quldurluq məqsədi ilə girərək onu öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.
 
Həyata keçirilən tədbirlər nəticəsində dəstə üzvləri tutulub.
 
Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.