Ölkə

Bakıda sərnişinlər dəhşətli qəzadan son anda xilas oldular - VİDEO

19 Oktyabr 2017 12:20
0 Şərh     Baxış: 3 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir taksi sürücüsü içərisi sərnişin dolu avtobusun qəza törətməyinə səbəb olacaqdı.

Bu barədə "Bakubus" MMC-nin mətbuat katibi Mənsur Piriyev məlumat verib.

Milli.Az mətbuat katibinin sözügedən qeydini təqdim edir:

"Hadisə oktyabrın 16-sı saat 14:00-da 3 nömrəli xətt üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JH-287 dövlət qeydiyyat nişanlı avtobusun İnşaatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edərəkən baş verib.Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq. 

Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr yaradır.

Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün "BakuBus"a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur. 
Bu hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür". 

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda sərnişinlər dəhşətli qəzadan son anda xilas olundu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.