Ölkə

Paytaxtda avtobus və yük maşınlarının törətdiyi qəzalar - Vəziyyət dəyişib

19 Oktyabr 2017 07:14
0 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bu ilin 9 ayında ümumi istifadədə olan sərnişin avtobuslarının iştirakı ilə 26 yol-nəqiyyat hadisəi baş verib. Nəticədə 3 nəfər ölüb, 26 nəfər xəsarət alıb. Hadisələrdə qəzaların baş verməsinin günahkarı bəzi hallarda avtobus, bəzən isə digər nəqliyyat vasitələrinin sürücüləri olub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.



Bölmə rəisinin sözlərinə görə, ötən illə müqayisədə avtobusların iştirakı ilə paytaxtda baş vermiş hadisələrin sayı azalıb: "Belə ki, 2016-cı ilin 9 ayı ərzində şəhər üzrə 32 hadisə olmuş, nəticədə 14 nəfər ölmüş, 36 nəfər xəsarət almışdı. Statistik təhlillər göstərir ki, hadisələrin sayı 6 fakt, ölüm 11, xəsarət isə 10 fakt azalıb. Bu isə bizi sevindirir. Bunula belə bu sahədə işlərin nizama salınması üçün tədbirlər davam etdirilməlidir".

V.Əsədov qeyd edib ki, paytaxtda yük avtomobillərin iştirakı ilə baş verən hadisələrin, eləcə də bu zaman ölən və xəsarət alanların da sayı azalıb: "Belə ki, bu ilin 9 ayında yük avtomobillərin iştirakı ilə baş verən 22 qəza hadisəsi nəticəsində 9 nəfər ölüb, 19 nəfər xəsarət alıbsa, ötən ilin analoji dövründə 30 hadisə, 10 ölüm, 27 xəsarət faktı qeydə alınıb. Yəni bir il ərzində bu sahədə 8 hadisə, 1 ölüm, 8 xəsarət faktının azalması qeydə alınıb".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində Bakıda ümumilikdə 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.