Ölkə

Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA

18 Oktyabr 2017 12:08
6 Şərh     Baxış: 4 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə deyib.

N.Səmədov bildirib ki, Azərbaycanda hotellərdə müştərilərdən nikah şəhadətnaməsi tələb edilməsi hallarına hələ də rast gəlinir, amma belə hallar getdikcə azalır.

O qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə hotellərin nikah kağızı tələb etməsinin qanunsuz məsələ olması ilə bağlı bəyanat verilib: "Belə hal dünya praktikasında yoxdur. Onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Əgər kimsə belə faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər. Nazirlik sahibkarlara bildirir ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.