Ölkə

İflic olan Könül Xasıyeva 500 min manatını mənimsəyən qadından danışdı

18 Oktyabr 2017 11:52
5 Şərh     Baxış: 4 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" telekanalında Zaurun qonağı səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva olub.

Milli.Az xəbər verir ki, aparıcı xanım sənətkara "Eşitdim ki, Könül xanımın 500 min manat pulunu kimsə mənimsəyib. Bu doğrudurmu?" sualı ilə müraciət edib.

Könül xanımın Zaura cavabını təqdim edirik:

"500 min deyil, çoxdur. 2014-cü ildə olan bir şeydir. Toylara gedən yaxşı vaxtlarım idi. Amma dünya malıdır, dünyada qalacaq. İndi o qadın az-az qaytarır. Görək indi nə qədər qaytara biləcək. Mənim 50 yaşım var. Yaşadıqlarım mənə bir şeyi öyrətdi - Allah heç bir valideyini övladı ilə, övladı valideyni ilə sınağa çəkməsin! Evdir, maşındır, qızıldır, puldur, imarətdir- hamısı boş-boş şeylərdir. Hamısı getsin, balam əlimdə olsun".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.