Ölkə

Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı - FOTO

17 Oktyabr 2017 18:24
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində 49 ədəd parlamamış hərbi sursat tapılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 3 ədəd mərminin olması barədə məlumat daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə, Azərsun Yağ zavodunun yaxınlığında Azərsu ASC tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 49 ədəd müxtəlif modelli parlamamış hərbi sursat (8 ədəd 125 mm-lik top mərmisi, 17 ədəd 122 mm-lik top mərmisi, 4 ədəd 100 mm-lik top mərmisi, 2 ədəd 85 mm-lik top mərmisi, 2 ədəd 115 mm-lik top mərmisi, 4 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 82 mm-lik minaatan mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah qumbarası) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.