Ölkə

Bakıda intihar edən müəllimin FOTOSU

17 Oktyabr 2017 13:56
16 Şərh     Baxış: 8 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda meyiti tapılan "Enlightenment" dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) çalışıb.

Milli.Az xəbər verir ki, Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimli report-a açıqlamasında məlumatı təsdiqləyib.

M.İbrahimov qeyd edib ki, ADPU-nun Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi İradə Yusif qızı Əliyeva sonuncu dəfə keçən həftənin cümə günü işdə olub. O bildirib ki, İ.Yusifovanın meyiti işlədiyi dil kursunun ofisində aşkarlanıb: "Lakin onun intihar etməsi və ya qətlə yetirilməsi ilə bağlı dəqiq məlumata malik deyilik. Ailəsi ilə əlaqə saxlamaq imkanı yoxdur, çünki telefon zənglərinə cavab verilmir".

M.İbrahimli onu da qeyd edib ki, İradə Əliyeva müsbət xarakterli, nizam-intizamlı və ictimai cəhətdən fəal müəllim kimi xarakterizə olunurdu. Onun meyiti damarları kəsilmiş vəziyyətdə tapılıb. 56 yaşlı İ.Əliyevanın intihar etdiyi ehtimal olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.