Ölkə

Azərbaycanda bankların birləşməsi məsələsiylə bağlı AÇIQLAMA

17 Oktyabr 2017 13:07
1 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sektorunda konsolidasiyanı müsbət qiymətləndirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABA-nın rəhbəri, "Rabitəbank"ın Müşahidə şurasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bank sektorunda bu cür söhbətlər hər zaman olsa da, son zamanlarda birləşmə barədə söhbətlər fəallaşıb.

Z.Nuriyev qeyd edib ki, hazırda müəyyən danışıqlara baxmayaraq, Azərbaycan bankları arasında birləşmə barədə konkret qərar hələlik yoxdur: "Biz istəmirik ki, kapital çatışmazlığı səbəbi ilə banklar bağlansın. İstədiyimiz odur ki, onlar öz fəaliyyətlərini davam etdirsinlər. Ona görə də biz bankların birləşməsini dəstəkləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.