Ölkə

Bakıda iki qadın intihar etdi

17 Oktyabr 2017 10:40
15 Şərh     Baxış: 3 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki qadın intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Rəhimə Məmmədbağır qızı Abutalıbova yaşadığı evin həyətində kəndirlə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Digər hadisə isə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Arifə Əliabbas qızı Şıxəliyeva yaşadığı evdə paltarla özünü asıb.
 
Hər iki faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.