Ölkə

Mal-qara oğruları yaxalandı

16 Oktyabr 2017 18:00
1 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə rayonda mal-qara oğruları yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonyun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər, məhkum olunmuş Elvin Bəydəmirov tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.