Ölkə

Salyanda 18 yaşlı qızını qətlə yetirən şəxsdən XƏBƏR VAR

16 Oktyabr 2017 16:12
2 Şərh     Baxış: 2 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Rauf Əsədxan oğlu Əsədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, 2016-cı il dekabrında rayonun Xurşid kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Rauf Əsədov qızı, 11-ci sinif şagirdi olan 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı qətlə yetirib.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Əsədov cəzasının azaldılması üçün apellyasiya şikayəti verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.