Ölkə

Cinayət yolu ilə əldə edilən pul və əmlaka sərəncam verənləri həbs gözləyir

16 Oktyabr 2017 14:16
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentin təklifi ilə Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsinin 1-ci bəndinə əlavə edilməsi nəzərdə tutulur.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, layihəyə əsasən qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlinə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq.
 
Mövcud sanksiyaya görə isə bu əmələ görə yalnız 3 000 manata qədər miqdarda cərimə tətbiq edilir. Yeni cəzada mövcud cərimə cəzası qüvvədə qalır.
 
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.