Ölkə

"Heç kimin sevmədiyi çirkin qadın vardı..." - Məşhur psixoloq özündən yazdı - FOTO

16 Oktyabr 2017 20:18
1 Şərh     Baxış: 49 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir zamanlar heç kimin sevmədiyi çirkin bir qadın var idi. Daha sonra o hamıya göstərdi ki, çirkinlik zahirən yox, daxilən olur".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri məşhur psixoloq Narınc Rüstəmova sosial şəbəkədə yazıb. Xeyli kilo verən psixoloq illər əvvəlki fotosu ilə yeni fotosunu müqayisə edib. O, xarici görkəmindəki bu dəyişikliklərin həyat yoldaşının sevgisi ilə olduğunu etiraf edib:

"Həmin çirkin qadını şərtsiz sevən bir cəngavər var idi. Gülüşü ilə ona hüzur, baxışı ilə içini isitdiyi, sözləri ilə qəlbini oxşayan cəngavər. O baxış heç əskilmədi. Bu çirkin qadın bir gün gəldi, hər kəsə göstərdi ki, çirkin qadın yoxdur, sadəcə baxımsız qadın var. Məhəbbəti, övladı üçün fədakarlıq edən qadın var. Onun baxımı artdı, daxili isə heç dəyişmədi. Hər zaman cəngavərinin gözündə gözəlçə şahzadə olaraq qaldı".

Psixoloq zərif görünməyin hər kişi və qadının yaşam borcu olduğunu və bu halın sevgiyə yeni nəfəs gətirdiyini bildirib.

Qeyd edək ki, Narınc Rüstəmova həmkarı Elnur Rüstəmovla ildə ailə həyatı qurub. Cütlüyün 2 oğul övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.