Ölkə

Sərhədçilərdən Bakıda böyük konsert proqramı - VİDEO

14 Oktyabr 2017 12:19
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 20-si ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin konserti baş tutacaq.



Milli.Az xəbər verir ki, maraqlısı odur ki, bu dəfə hərbi orkestr ənənəvi repertuarla yanaşı, estrada janrında yazılan mahnıları da ifa edəcək. Tanınmış estrada ifaçılarını müşayiət edəcək orkestr tamaşaçılar üçün maraqlı musiqi nömrələri hazırlayıb.

Belə ki, konsertdə xalq artisti Samir Cəfərov, əməkdar artist Xəyyam Mustafazadə, Elnarə Xəlilova, Rəşad İlyasov, Eldar Quliyev, Dilarə Kazımova, İlqar Xəyal, Fərid Əsgərov, Tural Ağasıyev, Fəxri Kazım Nicat iştirak edəcək. Orkestrin dirijoru Səməd Vəkilovdur.

Bundan əlavə, konsertdə DSX-nın "Sərhədçi" rəqs ansamblı da çıxış edəcək. Kollektivin hazırladığı rəqs nömrələrinin tamaşaçıların böyük marağına səbəb olacağı gözlənilir.

Zabit Əsgərov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sərhədçilərdən Bakıda böyük konsert proqramı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.