Ölkə

Həyətini narkotik plantasiyasına çevirən şəxslər tutuldular - Azərbaycanda

14 Oktyabr 2017 10:00
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı şəhərində narkotik bitkilərin qanunsuz əkilməsi, saxlanılması və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İsmayıllı şəhər sakinləri, 1983-cü il təvəllüdlü Balakişiyev Eldəniz Murad oğlu və 1992-ci il təvəllüdlü İsmayılov İsmayıl Vaqif oğlu şübhli şəxs qismində saxlanılıb və onların yaşadığı evlərə, həyətyanı sahələrə baxış keçirilib. Əməliyyat zamanı Eldəniz Balakişiyevin həyətyanı sahəsində xüsusi qulluq edilməklə yetişdirilən xeyli sayda çətənə kolları, mənzildən isə çəkisi 1 kiloqram 46 qram qurudulmuş marixuana və 635 qram qurudulmuş çətənə aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşları İsmayıl İsmayılovun evinə baxış zamanı oradan çəkisi 1 kq 666 qram qurudulmuş marixuana və 535 qram qurudulmuş çətənə aşkar ediblər. İsmayıl İsmayılov qaçıb gizlənsə də polis əməkdaşları onu isti izlərlə taparaq istintaqa təhvil veriblər. Həyətini narkotik plantasiyasına çevirən hər iki şəxs narkotik istifadəçisidir və narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olurlar. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.     

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.