Ölkə

Mingəçevirdə polis həkimi döydü

14 Oktyabr 2017 09:49
2 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə xəstəxananın "Təcili yardım" şöbəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın "Təcili yardım" şöbəsinə gələrək, növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.

Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı şöbəyə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Xəstəxanadan verilən informasiyaya görə, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stent qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov səhhətində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.

Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.

Faktla bağlı arşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.