Ölkə

Azərbaycanda dəhşətli tələbə cinayəti: əlləri və ayaqları bağlı şəkildə... - YENİLƏNİB - FOTO

13 Oktyabr 2017 15:25
5 Şərh     Baxış: 8 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:25

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, qətlə yetirilən əcnəbi Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.

------------

11:52

Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qəsəbədəki evlərdən birində orta yaşlı kişinin meyiti əlləri və ayaqları bağlanmış şəkildə aşkarlanıb. Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olması da müəyyən edilib.

Hazırda qətlə yetirilən şəxsin kimliyinin müəyyən edilməsi, eləcə də hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində iş aparılır.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.