Ölkə

Bakıda yollarda sürət həddi bərpa edildi - YENİLƏNİB

13 Oktyabr 2017 12:58
0 Şərh     Baxış: 3 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:58

Milli.Az xəbər verir ki, yağış səbəbindən paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında endirilən sürət hədləri artıq bərpa edilib.

----------

10:11

Bakıda əsas yollarda sürət həddi endirildi.

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.