Ölkə

Dövlət Komitəsindən kərə yağlarıın keyfiyyətsizliyi ilə bağlı açıqlama

12 Oktyabr 2017 19:18
3 Şərh     Baxış: 2 434

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında Dövlət Gömrük Komitəsinin (DGK) məsuliyyət daşıdığına dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı Komitə açıqlamay yayıb.

DGK-nın Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir. "Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir. Bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla  və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də, bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır", - deyə məlumatda vurğulanıb. 

Dövlət Gömrük Komitəsi bir daha bəyan edib ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Asi · 12 Oktyabr 20:5320

    Kasib ucun maraqli deyil cunki mecbur o yaglardan alir

    Cavab yaz
  • Anonim
    Adi vetendas · 13 Oktyabr 10:0420

    Bize lazim deyil bos-bos meqaleler, bize lazımdı ki yag niye 18mandi, maas 250manatdi. 13 kilo yagin maasini lairiq

    Cavab yaz
  • Anonim
    Vüqar · 13 Oktyabr 15:1810

    Göresen niye yağın bu qeder baha olmasına fikir veren yoxdu.marketlerle ucuz adı ile keyfiyyetsiz yağlar satılır.Niye Dövlet Komitesi maraqlanmır.yalandan deyirler ki,bizde her şey qaydasındadı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.