Ölkə

"NLT Telekom"dan "İphone" alan jurnalist aldadıldığını deyir - ŞİKAYƏT

12 Oktyabr 2017 17:33
2 Şərh     Baxış: 1 294

Tanınmış telejurnalist Pərviz Musayev "NLT Telekom" tərəfindən aldadıldığını bildirib.
 
Milli.Az azxeber-ə istinadən xəbər verir ki, Pərviz Musayevin aldığı "iPhone" markalı telefonun bundan öncə kreditlə başqasına satıldığı məlum olub. Bu barədə P.Musayev Feysbuk hesabında məlumat paylaşıb.
 
O qeyd edib ki, bu ilin yanvar ayında "NLT Telekom" dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından 1299 AZN-ə 64 GB tutuma malik "iPhone 6S" smartfonu alıb: "Oktyabrın 10-da telefonun şəbəkəsində yaranan problemlərlə görə Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar bunun səbəbinin sırf telefondan qaynaqlandığını bildirdilər. Telefonu aldığım "NLT Telekom 2" dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: "Sizin telefon kredit borcuna görə bloklanıb".

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin "kampaniya" telefonu olub. Yəni hər hansı bir fiziki şəxs "Azercell"dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və "zəncirvari" proseslə bu telefon "NLT Telekom"a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində, Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu bloklayıb.

Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə blokdan çıxarıla bilər. "NLT Telekom"dan telefonu aldığımda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb. "NTL Telekom 2"nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim.
 
O isə məni smartfonun "Azercell"in kampaniya telefonu olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz "Azercell" tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu - ya telefonun "plata"sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım. Təbii ki, onun bu təkliflərindən imtina edərək Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    kohne · 12 Oktyabr 18:0100

    helelik istintaq gedenecen telefonu elinden almayalar.3-4 illik.Ordada ya xan oler...

    Cavab yaz
  • Anonim
    Samir · 13 Oktyabr 10:0400

    Artıq bu 3-cü bele haldır ki, men eşidirəm (birini isə şəxsən özüm yaşamışam). Bəlkə xaricdən sifariş versək daha problemsiz olar?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.