Ölkə

Hacı İbrahim qəzada ölən qohumundan danışdı: "Qismət, nə etmək olar”

12 Oktyabr 2017 17:19
0 Şərh     Baxış: 3 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 gün əvvəl Hacıqabul-Horadiz yolunun İmişlidən keçən hissəsində ekskavatora çırpılan "pikap"da (sərnişin və yükdaşıyan avtomobil) ölən şəxs tanınmış iş adamı, hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) bacanağının oğludur.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a hacı İbrahim özü məlumat verib.

O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış: "Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar".

Qeyd edək ki, bu gün yayılan məlumatda V.İbrahimovun hacı İbrahimin bacısı oğlu olduğu bildirilirdi.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.