Ölkə

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

12 Oktyabr 2017 16:23
10 Şərh     Baxış: 3 544

Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Milli.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni, sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

10 Şərh:

  • Anonim
    faiq · 12 Oktyabr 16:4360

    Əvvala demek isteyirem ki DYP -ye gedib dovlet nomre niwani alanda DYP oz emakdawlari vetandawlardan 2-3 hetda 5 azn muqavilinde pul alaraq (nomre alanin isteyile) nomreni renge verende onun defis olan hissesine ozderi skoc vururlarki bu qara reng deymesin.Eger bu qanunla qadaqa idise niye ele onda deyerdilerki bu qanuna ziddir olmaz bizde bunu ede bilmerik...Eger dovlet mene bu nomreni bu wekilde veribse indi niye meni cerime edir...Bu insanlari nye bele cixilmaz veziyyete qoyurlar

    Cavab yaz
    • Anonim
      Arif · 12 Oktyabr 17:2920

      Tamamile dogrudur ozleri nomreleri ele verirler yixirlar camaatin ustune guysa defisle verilib sonradan pozulub

      Cavab yaz
  • Anonim
    Azad · 12 Oktyabr 16:5810

    bəhanə lazım deyil! kişi kimi pul qazanmaq lazımdı.

    Cavab yaz
  • Anonim
    Insan123 · 12 Oktyabr 17:2200

    Hesne yaxsi eliyisiniz amma gedib deye bilmiriki DYP emeldaslarinin oz masinlarinda her qanun pozuntudu var amma olara olar cunki ozlerinin sexdi masinlaridir axi neyise ey

    Cavab yaz
  • Anonim
    Arif · 12 Oktyabr 17:2510

    Ag yalan men nomreni DYP den hele almisam nomreler oradan ele verilir polis masinlarinin da ekseriyyetinde defis yoxdur ozunuz qanunu pozub nomreleri defissiz verirsiniz sonra deyirsiniz ki defusing pozurlar eyibdi vallah axi sizzler waning kesiyonde olmalisoniz

    Cavab yaz
    • Anonim
      Hafiz · 12 Oktyabr 17:5010

      Nomreni veren de polis protokol yazan da polis standarta uygun olmayan nomreleri bazardan yox dyp den aliriq Kimdir muqrssir

      Cavab yaz
    • Anonim
      Hafiz · 12 Oktyabr 17:5500

      Goresen standarta uygun olmayan nomreleri kimler verir be bu saxtakarliq DYP non binasinda nece bad verir

      Cavab yaz
  • Anonim
    Anonim · 12 Oktyabr 21:0110

    Qanunvericiliye göre dövlet qeydiyyat nisaninin saxlanmasi ve istismari qaydalarina riayet edildikde istehsalçi sirket nömrelerin standarta uygun olmasina zemanet verir.

    Cavab yaz
  • Anonim
    Samir · 12 Oktyabr 21:3000

    Pulnan oxuyub vezife sahibi olublar neyniyak yazigdilar pulu qeri yigmalidilar. Heri men sizinle raziyam tamamiyle dogru cerimeler bir az da qaldirsaz yaxśi olar. Ve teklifim o du maśinlarda brizqavikte olmalidi olmiyana cerime 15 sutka arest klanusun caniycun. Sonra arxa buferde massa olmali lent sallansin. Arxa patpreste yeke aqnetuśitel,lapatka,balta,ve bir kise qum

    Cavab yaz
  • Anonim
    Samir · 12 Oktyabr 23:1900

    Avtomobillere nomre nisanlarini kim verir nomreler harda verilir axi o standarta uygun olmayan nomreler DYP de verilir niye qanunun kesiyinde duranler qanunu pozub kenarda gunahkar axtarirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.