Ölkə

"Ölkə iqtisadiyyatında xeyli irəliləyiş olacaq"

12 Oktyabr 2017 10:26
Baxış: 732

"Biz son illər ölkədə neft istehsalının azaldığını bilirik. Eyni zamanda dünya bazarında neftin qiymətinin aşağı düşməsi də iqtisadiyyatımıza təsirsiz ötüşə bilməzdi. Bunu qabaqlamaq üçün dövlət başçısı ölkədə qeyri-neft sahələrinin inkişafı üçün uzaqgörən siyasi kursunu ortaya qoydu. Ona görə də hesab edirəm ki, Azərbaycanın son illərdəki iqtisadi inkişafı məhz prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, görülən işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın iqtisadi baxımdan daha çox güclənəcəyini söyləməyə imkan verir:


 

"Belə ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları artıb. İqtisadi imkanlar, o cümlədən valyuta ehtiyatları isə müstəqilliyin əsas şərtlərindən biridir. Neftdən və qazdan gələn gəlirlər insan kapitalına, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına yönləndirilir. 

Hesab edirəm ki, son 2 ildə bu istiqamətdə aparılan işlər ölkə iqtisadiyyatına müsbət təsir edir və edəcək. Ona görə də neftin azalması ilə ölkə iqtisadiyyatının tamamilə çökməsi kimi proqnoz irəli sürənlərin fikirləri görünür, artıq iflasa uğrayır. Fikrimcə, hələ qeyri-neft sektorunun inkişafı sahəsində bundan sonra da qarşıya çoxlu məqsədlər qoyulub. O məqsədlərə çatmaq üçün planlar, xüsusən də Strateji Yol Xəritələri də icra olunduqdan sonra ölkə iqtisadiyyatında xeyli irəliləyiş olacaq".

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ötən doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin olunub.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.