Ölkə

Səhiyyə naziri şagirdlərlə bağlı əmr imzaladı

10 Oktyabr 2017 13:32
2 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə naziri Oqtay Şirəliyev "Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə" əmr imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənəd "Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya"ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb.

Əmrə əsasən, 15 oktyabr - 15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.