Ölkə

"Bir tərəfimdə ərim, digərində o uzanmışdı" - Zorlanan qadın

9 Oktyabr 2017 16:25
30 Şərh     Baxış: 18 975

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə İ.Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, həmin gecə pivə alıb evə gətirib və Fialla birgə içiblər: "Biz bir-birimizə qardaş deyirdik. Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fial dedi qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə gedirdik, yolda Fial dedi ki, işim var, geri qayıtdı. Mən qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fial arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum. Peşmanam".

Qeyd edək ki, Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə evdə yaşayan İ.Əhmədov ev sahibi 1991-ci il təvəllüdlü Fial İsmayılovla arvadı ilə F.İsmayılovu bir yerdə görüb. İ.Əhmədov ev sahibi F.İsmayılovu başını kəsərək 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

Təqsirləndirilən İ.Əhmədovun həyat yoldaşı Aygün Əhmədova da ifadə verərək Fial İsmayılov tərəfindən zorlandığını deyib: "Fial tez-tez məni narahat edirdi. İlkin onu öldürmədən bir neçə gün əvvəl də məni zorlamışdı. Sonra mənim işlədiyim kafeyə gəlib pivə içdi. Hadisə günü isə bizə gəldi, mən İlkinə dedim qapını açma, amma o açdı. Oturub pivə içdilər. Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fial. Dedim bu burda nə gəzir? İlkin dedi dəymə, içkilidir, evə gedə bilmir. Sonra onlar çölə çıxdılar, Fial İlkini qazın kartına pul yükləməyə göndərdi. Mən onda yatmışdım, oyananda gördüm ki Fial başımın üstündə durub. Paltarımı aşağı çəkib məni zorlamaq istədi. Həmin vaxt İlkin evə girdi. Fial söyüş söyürdü, İlkin onu çölə çıxartdı. Eşitdim ki, Fial deyir "bıçaq qarnıma girdi". Sonra da onun bıçaqlandığını bildim".

Məhkəmə prosesi oktyabrın 16-da davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

30 Şərh:

  • Anonim
    Çayxor · 9 Oktyabr 16:36312

    Xahiş edirem belə iyrenclikləri xeber olaraq vermeyin.ayibdı onsuzda her kesin esebleri gergindi.bu xeberler heyatdn bezdirir insanı.yaxşısını Allah bilir.bu necə kişidi içkili kişini arvadının yanında yatırdıb.ifadeleri belə utancvericidir.normal ailə sahibi arvadinin yanına yad kişi salmaz......

    Cavab yaz
  • Anonim
    Insan123 · 9 Oktyabr 16:3843

    Qadin yixmiysn ev yuz ik tikili qalarar

    Cavab yaz
  • Anonim
    Cəhrə qarı · 9 Oktyabr 16:4420

    Kul "o" başınıza.

    Cavab yaz
  • Anonim
    Elvin102 · 9 Oktyabr 16:44210

    ( Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fial.) Bunlarin başı qacıbki arvadinin otagina salir piyandi cehennem piyandi ay werefsizler yer tapmadiz icmeye uzanmaga yixilmaga? Binamuslar !!!!

    Cavab yaz
    • Anonim
      GƏNCƏLİ AVROPADAN... · 9 Oktyabr 17:30170

      ))))Bunu Azərbaycanda edəcək kişi mən tanımıram,ya nəsə səhvdir,ya da uydurmadır.

      Cavab yaz
      • Anonim
        Genceliye · 9 Oktyabr 18:0060

        Day bu qeder binamusluq olmazee Vallah bunun eri lap gozuyle goren olubda Duzdu yaziblar tam wekilde bilmirik meseleni amma yazilandan ancaq bu fikre gelmek olar

        Cavab yaz
        • Anonim
          GƏNCƏLİ AVROPADAN... · 9 Oktyabr 18:1540

          Mən də onu deyirəm dana: ər nə qədər geniş olmalıdır (tüklər demişkən) ki,belə bir şeyi qəbul edə...

          Cavab yaz
  • Anonim
    Yaqut · 9 Oktyabr 16:4550

    Allahim sen bizi belelerinden qoru

    Cavab yaz
  • Anonim
    broken · 9 Oktyabr 16:46110

    Her dost dediyini evin icine soxanda bele olur ozude arvadivin yanina yaninda uzanib deir deyme piyandi cehennemki piyandi kiwide gerey kiwi olsun qadinda qadin olsun sen esl qadin olsaydin o seni zorlayanda erinden qabaq sen soxardin bicaqi ona

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 9 Oktyabr 17:0433

    Allah kecsin gunahimnan dehset guldum meqaleye, Allah icki icen insana 2 ceza verir 1-ci saqlamliqin, 2-cide heyatin elinden alir bu iki neferin heyati elden getdi...(((

    Cavab yaz
  • Anonim
    Emmaa · 9 Oktyabr 17:1440

    Ay aman ay er qeyretine....utanmlre arvadlnln yanlnda uzanlb deyir qoy uzansln ickilidi men qadlnllglmnan senin yerine qeyrete geldim alçaklar

    Cavab yaz
  • Anonim
    ariqca · 9 Oktyabr 17:1570

    Aile normal deyil bu qeder besit

    Cavab yaz
  • Anonim
    Adi insan · 9 Oktyabr 17:1950

    Bu ne ailedir bu ne ifadelerdir? Nece yeni ickilidir qoy uzanib.ALLAH kecsin gunahimdam babali boynuna arvad duzgun ifade vermir deyesen.

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 9 Oktyabr 17:3650

    Biqeyrətlik və binamusluğun Everesti geridə qoyduğu uydurma...

    Cavab yaz
  • Anonim
    QQ · 9 Oktyabr 17:4634

    Bu kafede isleyen gelincik o oglanla evvelde intim elaqede olub demeli .Tfuu.Da gedeye uz vermisen da o da dadanib .Ara yerde yaziq iki oglan mehv oldu .Biri turmeye biri qebre .

    Cavab yaz
    • Anonim
      ........ · 9 Oktyabr 21:4430

      He ele yaziqdilarki.Üreyim agradi lap.yaziq ilan vursun iksinide.Biqeyretden yaziq olur??ewwek kimi icib ne elediklerini bilmeyibler.yazig a.

      Cavab yaz
  • Anonim
    Taksi · 9 Oktyabr 18:1320

    Burda sadəcə qıraq kişinin evdə olmagıdır.içkilidir amma arvadının yanında yatızdırır deyir piyandır donrada bıçaqlayır.bəs kafedə səni zorlayanda niyə evdə biqeyrət ərivə demədin.zor dost olublar.

    Cavab yaz
  • Anonim
    Terane · 9 Oktyabr 18:22514

    Gunah o oglanda yox ey bu fahishe gadindadir. Nece yeni meni narahat edirdi? Istemeyen adami nece zorlamag olarmish goresen? Eline ne gelerdi chirpardin sifetine, gorum sen terefe bir de baxardimi? Demeli ozunu ele aparmisan ki, seni zorlamag fikrine dushub. Sen ozunu xanim kimi aparsaydin, hech o fikri aglindan kechire bilmezdi bu kishi.

    Cavab yaz
    • Anonim
      Deqiq · 9 Oktyabr 19:27102

      Ozun qadinsan izde deyesen kisilesmish.. eline ne geldi tepesine uzune sizin kendde cirpirlar yaqin,qadin zeif mexluqdu onun kisiye gucu catasi deyil bilmirsen? Kafede isleyib imkansiz savadsiz olub kullanilib, Azerbaycan realligi onun bunun elinin altina duserse tehsilsiz qadin basina her is geler oldurulurle cox halda kisilerdir qadinlari bu veziyyete salan

      Cavab yaz
  • Anonim
    Sevda masallı · 9 Oktyabr 19:1018

    Təranə xanım sizinlə tamamilə razıyam düzdü

    Cavab yaz
  • Anonim
    Efqan · 9 Oktyabr 19:2650

    Dostu bunsuz neje eve qayidib ? Kişi qirigi neje imkan verib buna ? Nagildi , inanmiram

    Cavab yaz
  • Anonim
    **** · 9 Oktyabr 21:1150

    Bu nece aile olub ay ALLAH xeste ruhlu insanlar pivenin butulkasi herrenib firranib tepevize deysin eleee..

    Cavab yaz
    • Anonim
      Afaq · 10 Oktyabr 08:3710

      BƏSDİRİN YAZMAYIN OXUYURUQ TƏZİQİMİZ QALXIR .YAZMAYIN

      Cavab yaz
  • Anonim
    x · 10 Oktyabr 08:3710

    Bu lap nagildir ki,ele bil camaat kohne esrden qalib inanacaq. Hec biri,ne er ne ravad ne dost duzgun exlaq sahibi deyil.

    Cavab yaz
  • Anonim
    Şirvanlı qız · 10 Oktyabr 10:2030

    İçki dostlarını evə gətirib məclis quran oğullar, Sizlərə səslənirəm hamınızın axır aqibəti belədir.Bilə- bilə arvad qızlarınızı verirsiniz içki dostlarınıza ay şərəfsizlər

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 10 Oktyabr 11:4920

    Zalım oğlu...içib başuvu itirmisən..heç inanmiram ki ayıq vaxtunda da normal adamsan.. arvad da əldən getdii.. gərək elə səni də arvada qatıb zorlayaydı...çünki əsas zorlanmalı sənsən..

    Cavab yaz
  • Anonim
    BigBoy · 10 Oktyabr 14:3100

    FAKE

    Cavab yaz
  • Anonim
    dd · 10 Oktyabr 15:0510

    Qeyrətsiz qeyrətə gəlib bışağa əl atıb)))

    Cavab yaz
    • Anonim
      sd · 10 Oktyabr 15:3610

      bunker turkiyede olub yeqin

      Cavab yaz
  • Anonim
    sd · 10 Oktyabr 15:1210

    bu yuz faiz turkiyede olub, bizimkilerde tapmayib xeber yazmaga adını bakida guya oldugu qoyublar. Bele seyler ancaq turkiyede ola biler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.