Ölkə

Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb

5 Oktyabr 2017 15:54
6 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb".

Milli.A zxəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub.

N.Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risq qrupları müəyyən olunub. Onlar homoseksuallar, kommersiya seks işçiləri, məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur:

"Hazırda homoseksuallar arasında yoluxma yolu çox olmasa da, onlar risk qrupuna daxildir. Onlar müxtəlif yaş qruplarında, sosial statusda olurlar. Bizi maraqlandıran əsas məsələlərdən biri onların ailəli olub-olmamasıdır. Ailəli şəxsdə İİV virusu varsa, bu, onun həyat yoldaşına, həyat yoldaşından isə onların izdivacından dünyaya gələcək körpəyə keçir".

N.Zülfüqarov qeyd edib ki, buna görə də hazırda homoseksuallar arasında ölkədə zərərin azaldılıması layihəsi, könüllü məsləhət-müayinə tədbirləri həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.