Ölkə

Azərbaycanda spirtli içki qəbul edən qadınların sayı açıqlandı

3 Oktyabr 2017 15:45
0 Şərh     Baxış: 2 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda spirtli içkilər haqqında reklam çarxlarının azaldılması alkoqolizmlə mübarizədə müsbət nəticə verə bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova deyib.

O qeyd edilib ki, RNM-də "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə qeydə alınan şəxslərin ümumi sayı 2016-cı ildə 21909 nəfər, onlardan 863 nəfər qadın olub. 2011- ci ildə analoji göstərici 19765 nəfər, onlardan 857 nəfər qadın, 2008- ci ildə -18298 nəfər, onlardan 836 nəfər, qadın, 2005-ci ildə 18199 nəfər, onlardan 871 nəfər qadın olub:

"Alkoqolizmlə xəstə olanlara xas olan motivasiya xüsusiyyətləri haqqında elmi və nəzəri məlumatların çoxluğu xəstələrdə gedən dəyişiklikləri qabaqcadan anlamaqda, profilaktika tədbirlərini tezləşdirməkdə böyük yardımçı vasitə ola bilər. Hesab edirik ki, xüsusi maarifçilik işinin aparılması və spirtli içkilər haqqında reklam çarxlarının azaldılması müsbət nəticə verə bilər. Çünki ayrı-ayrı hallarda alkoqolizm məhs psixoloji səbəblərdən ortaya çıxır və dərinləşərək xəstəliyə çevrilir. Şəxsin özünü qiymətləndirilməsinin aşağı düşməsi, öz imkanlarına inamın olmaması və s. kimi psixoloji vəziyyətlər bu xəstəliyin inkişafına və dərinləşməsinə gətirib çıxara bilər. Alkoqolizm, cəmiyyətin nüvəsi olan ailəni dağıdır və onun üzvlərini cəmiyyətin yararsız nümayəndələrinə çevirir, boşanmaların sayını artırır və beləliklə, cəmiyətə ciddi zərbə vurur. Fikrimizcə, alkoqolizmin sosial bəlalarını aradan qaldırmaq üçün müxtəlif yönümlü sosial və psixoloji işin aparılması və alkoqol qəbul edən şəxslərlə mütəmadi olaraq, psixoloji treninqlərin aparılması, alkoqolun daimi qəbulunun yaratdığı fəsadların təhlükəliliyi onlara başa salınmalı və anladılmalıdır. Əks halda cəmiyətin inkişafının sürətləndiyi bir dövrdə stress və yorğunluq faktoru psixoloji müdafiyə kimi alkoqol qəbul edənlərin devizinə çevriləcək".

A.Məmmədovanın sözlərinə görə, aparılmış tədqiqatların təhlilindən aydın olur ki, alkoqolun mütamadi qəbulu və ya alkoqolizmin xroniki xəstəlik halına keçməsi, orqanizmin daxili üzvlərinin zədələnməsinə və bunun nəticəsində psixosomatik pozuntular, sayıqlamalar, depressiv hallar, eləcə də ayrı-ayrı bədən üzvlərində ağrıların meydana gəlməsinə səbəb olur.

Alkoqolizmin qarşısı vaxtında alınmazsa və xəstə tibbi müalicəyə cəlb edilməzsə, onun sonradan müalicəsi xeyli çətinləşir:

"Ümumiyyətlə alkoqolizmin profilaktikasında xəstənin fərdi - psixoloji xüsusiyyətləri əsas götürülməlidir. Alkoqolizm yalnız insanın şəxsiyyət keyfiyyətlərinə və sağlamlığına təsir göstərmir. Bu xəstəlik həm də cəmiyyətə, sosial sferaya hərtərəfli təsir göstərməklə, mövcud olan bir sıra sosial institutları zəiflədir, müxtəlif problemlər ortaya çıxarır.

ÜST-nin məlumatlarına görə dünyada ölüm hadisələrinin təxminən 4%-i bu və ya digər dərəcədə alkoqoldan sui istifadə və bundan əmələ gələn xəstəliklər ilə əlaqəlidir. Hər il dünyada 2,5 mln insan bu səbəbdən həyatını dəyişir, onlardan 320 min nəfəri 15-29 yaşlı şəxslərdir. Ölüm hadisələri və əlilliyə səbəb kimi alkoqoldan sui-istifadə risk faktorları arasında III yer tutur. Ürək-damar xəstəlikləri, sinir sisteminin degenerativ xəstəlikləri, qaraciyər, mədəaltı vəzi və onkoloji xəstəlikləri mütəmadi alkoqol qəbulu ilə sıx statistik əlaqəsi ÜST-nin məlumatları ilə təsdiqlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.