Ölkə

Narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək

29 Sentyabr 2017 13:27
1 Şərh     Baxış: 2 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə təşkilatçılığı ilə keçirilən, Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

V.İsayev deyib ki, həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicə olunacaqlar. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayətdən azad olunacaq: "Bu narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Bu, dövlətin üzərinə götürdüyü böyük bir addımdır. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, onda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.