Ölkə

1 milyonluq dələduzluqda təqsirləndirilən qadın üçün yenidən ekspertiza təyin edildi

26 Sentyabr 2017 19:52
0 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyeva barəsindəki hökmdən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətinə baxılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə H. Allahverdiyeva barəsində yenidən tibbi ekspertiza keçirilməsi haqqında qərar qəbul edilib. 
 
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. 
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.
 
İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.
 
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H. Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.