Ölkə

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:32
1 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda bu gün səhər saatlarında idarəetməni itirərək kanala aşan "Mercedes" markalı avtomobilin sürücüsü Namiq Bəşirov komaya düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində N.Bəşirov ağır kəllə-beyin travması alıb və ağciyəri deşilib. Tovuz rayon Mərkəzi Xəstəxanasına komatoz vəziyyətində çatdırılan sürücüyə ilkin tibbi yardım göstərilsə də, müalicələr effekt verməyib. Xəstə koma vəziyyətindən ayılmadığı üçün təcili yardım avtomobili ilə Gəncə Beynəlxalq Xəstəxanasına köçürülüb.

Digər yaralı Emin Məmmədrzayevin isə vəziyyəti sabit ağır kimi qiymətləndirilir və o, Tovuz rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 26-da səhər saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək kanala aşıb. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü, rayonun İsmayıllı kənd sakini, 1984-cü il təvəllüdlü Bəşirov Namiq Tofiq oğlu və sərnişini, Qaraxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədrzayev Emin Allahverdi oğlu ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.