Ölkə

Gəncədə qız üstündə qan töküldü: Yaralılardan birinin vəziyyəti ağırdır

26 Sentyabr 2017 19:11
1 Şərh     Baxış: 2 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Dubay bazarı" deyilən ərazisində qeydə alınıb.  
Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid adlı şəxs bıçaqlanıb. 

Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Belə ki, hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra Sahili bel nahiyəsindən, Cavidi isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunurlar. Hazırda Cavidin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.