Ölkə

"ATV-dəki verilişlərin bağlanması yerində atılmış addımdır" - Nuşirəvan Məhərrəmli

26 Sentyabr 2017 18:38
8 Şərh     Baxış: 3 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir"

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.

Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:

"Bizim üçün əsas məsələ telekanallarda  Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir". 

N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb: 

"Bu verilişlərin bağlanması yerində atılmış addımdır".

MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.