Ölkə

MTRŞ-dən ATV açıqlaması

26 Sentyabr 2017 18:00
0 Şərh     Baxış: 3 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, "Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: "Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş Vüqar Qaradağlının vəzifəsindən azad edilib, yerinə Azər Xəlilovun təyin olunması adi haldır. Burada qeyri-adi heç nə yoxdur".

T.Məmmədov CBC televiziya kanalının yayımının dayandırılması barədə gəzən söhbətlərə də münasibət bildirib. O, bu məlumatların doğru olmadığını deyib: "Televiziyanın rəhbəri başqa yerə gedirsə, bu, kanalın bağlanması demək deyil".

Qeyd edək ki, bu gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlının yerinə əməkdar jurnalist Azər Xəlilov təyin olunub. A.Xəlilov indiyədək CBC televiziyanının direktoru vəzifəsində çalışırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.