Adətən, şəxsi həyatını gizlədir. Bu barədə suallardan qaçır. Tanınmış rejissor Aqil M. Quliyevi deyirik, bu dəfə susmadı. Qadınların sevimlisi olan rejissor şəxsi həyatı barədə nələr dedi, nələr.
Milli.Az onun yeniçağ.az-a müsahibəsini təqdim edirik.
- Şəxsi həyatınızı həmişə gizlədirsiniz...
- Tanınmış sima olduğum gündən bir həqiqəti başa düşmüşəm ki, nə edirsənsə et, sakit et, heç kimin xəbəri olmasın. Vallah, gərək hər şeyi gizlədəsən.
- Hər şeyi deyərkən?
- Şəxsi həyatımı; həyatımda olan qadın və yaxud da qadınları... Bizim şəhər dedi-qodu, pıçıltılı danışıqlarla doludur. Onsuz da öyrəşiblər, min cür şayiə qoşub-düzüb danışırlar.
- Özünüzdən çox razı görkəminiz var. Qadınları necə ram edirsiniz?
- Cünki Aqil M. Quliyev susmağı bacarır. Buna görə qadınlar məni sevir.
- Yəni eşq yaşadığınız xanımların sirrini açmırsınız, eləmi?
- Əlbəttə. Kişinin ağzı gərək bütöv olsun.
- Yəni indiyə qədər heç birinin sirrini açmamısınız?
- Yox. Gərək susa biləsən, bu da hər kişinin işi deyil.
- Sevmədiyiniz xanımlarla ünsiyyət qurursunuz?
- Yox, çalışıram ortada bir qığılcım olsun. Çünki 45 yaşım var, gördüyümü görmüşəm. Bundan sonra şəxsi həyatımda nəsə istəyirəmsə, gərək arada hisslər olsun. Münasibətdə bir sehr, bir magiya mütləq olmalıdır.- Nəyinsə xatirinə ünsiyyətdə olduğunuz qadınlar olmayıb yəni?
- Hamıda olur, təkcə məndə yox.
- Sevgidə yaş həddi sizin üçün önəmlidirmi?
- 23-29 yaş arasında olan gənc xanımları daha çox xoşlayıram..
- Xarici görünüş önəmlidirmi?
- Onu kim sizə deyirsə ki, münasibətlərdə xarici görünüş önəmli deyil, yalan danışır.
- Zəhmət olmasa, sevdiyiniz qadın obrazını təsvir edin.
- Qadının baxışı mənim üçün çox önəmlidir. Əgər qadının baxışında sirr, sehr, magiya varsa, demək ki, o qadın mənlikdir. (gülür)
- Aqil M.Quliyevi aldatmaq asandır?
- Fərqi yoxdur, Aqil M.Quliyev olsun, ya da başqa bir kişi... Hər bir kişi qadın tərəfindən aldıdıla bilər, aldadılır da.
- Bəs özünüz necə çox qadınları aldatmısınız?
- Olub, amma cavan vaxtlarımda. Mən niyyətimi heç vaxt gizlətməmişəm. Əslində, qadınlar məni məndən daha yaxşı tanıyırlar.
- Bu gün həyatınızda sevgi varmı?
- Səncə?
- Sualdan yayınmayın...
- Əlbəttə, var. Olmamış olarmı?
- Rəsmiləşdirmək, yəni evlənmək fikriniz varmı?
- Qızımın 25 yaşı var, evlənməyi düşünmürəm.
- Çoxları belə fikirləşir ki, evlilik sevgini öldürür, bəlkə buna görə qeyri-rəsmi münasibətlərə üstünlük verirsiniz?
- Mən də elə düşünürəm ki, evlilik sevgini öldürür.
Milli.Az