Ölkə

"Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın" - Komitə sədri

26 Sentyabr 2017 21:01
Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İdmançı gənclərin universitetlərə qəbulunun sadələşdirilməsi potensial idmançıların yetişdirilməsi baxımından çox vacibdir."

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, idman sahəsində potensialı olan gənclərə ali təhsil almaq üçün rahat şərait yaratmaq lazımdır:

"Azərbaycanda idmançı gənclərin təhsil alması üçün ancaq bir imkan var. Bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Digər ölkələrdə isə bu prosedur tamamilə fərqlidir. Əgər biz 8-9-cu sinifdə oxuyan şəxsin nailiyyətləri, idmana marağı, gələcəkdə olimpiya çempionu ola biləcəyini görürüksə, onun üçün şərait yaradılmalıdır. Həmin uşaqlar çox böyük seçim qarşısında qalırlar. Bəzən valideynləri perspektivli uşağa deyir ki, səndən idmançı çıxar-çıxmaz, get repetitor yanına, universitetə daxil ol. Nəticədə, konkret idman növündə böyük potensialı olan bir çox istedadlı gənc məhz universitetə qəbul ola bilmək səbəbindən özünün idman karyerasını vaxtından xeyli əvvəl dayandırmalı olur. Bununla da biz bir idmançını, bəlkədə hansısa olimpiya və ya dünya çempionunu itiririk. Daha sonra isə məcbur olub komandalarımıza xaricdən həmin yaşda legionerləri cəlb edirik. Bu isə çox ciddi problemdir. Əgər gələcəkdə yığmalarımızın tam milli olmağını istəyiriksə, indidən potensial idmançı gənclərə stimul verməliyik".



"Milli Məclisin Gənclər və İdman Komitəsi olaraq təklif edirik ki, hər bir universitetdə idmançıların təhsil alması üçün müəyyən plan yeri ayrılsın. Avropada idmançının müəyyən nəticələri varsa, o, ümumi bir imtahan verib universitetə daxil olur. Biz indidən həmin idmançılara köməklik etməliyik. İdmançı gənclərin universitetlərə qəbulunun sadələşdirilməsi strateji kontekstdə ali təhsil müəssisələrində idmanın kütləviləşməsi, universitetlər arasında idman sahəsində rəqabətin formalaşması və milli komandalarımız üçün potensial idmançıların yetişdirilməsi baxımından da vacibdir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.