Ölkə

Bakının daha bir məktəbində QALMAQAL - YENİLƏNİB - FOTO

26 Sentyabr 2017 17:19
6 Şərh     Baxış: 4 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:19

"Hörmətli redaksiya, məqalədə Validə Həsənova barəsində reallıqla əlaqəsi olmayan, böhtan xarakeri daşıyan və təbii ki, xoşa gəlməyən bir hal təsvir edilmiş və bununla əlaqədar oxuculara yanlış məlumat verilmişdir".

Milli.Az bildirir ki, bu sözlər Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin rus bölməsinin müəllimi Validə Fətullayevanın redaksiyamıza ünvanladığı müraciətində yer alıb.

V.Fətullayeva yazıb: "Eyni zamanda, icazəm olmadan mənim məktəbdə dərs dediyim zaman çəkilmiş şəkillərim həmin məqalədə dərc edilmişdir. Bildirmək istəyirəm ki, məqalədə soyadım düzgün qeyd edilməsə də, şəkillərim əlavə olunmuşdur və bu da, məqalənin məhz mənim barəmdə olmasını sübüt edir. Hesab edirəm ki, belə həqiqətə uyğun olmayan məqalənin heç bir sübuta və dəqiqləşdirməyə əsaslanmadan dərc edilməsi etikaya ziddir və mənim qanunla qorunan hüquq və mənafelərimi pozur. Bu məqalənin anlaşılmazlıq nəticəsində dərc edildiyinə inanıram".

15:44

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin rus bölməsinin müəllimi 3 il əvvəl işdən çıxarılsa da bu ildən həmin məktəbdə yenidən işləməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə baku.ws-yə övladları həmin məktəbdə oxuyan şagirdlərin valideynləri məlumat veriblər.

Qeyd olunur ki, Validə Həsənova 3 il əvvəl 1-ci sinif şagirdini döydüyünə görə işdən çıxarılıb. Bu il həmin müəllim imtahan verib və yenidən 76 nömrəli məktəbdə müəllim kimi işləməyə başlayıb.

Valideynlər iddia edir ki, Validə Həsənova müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda 39 bal toplayıb, lakin rüşvət verərək yenidən həmin məktəbdə işləməyə başlayıb.

Valideynlər V.Həsənovanın övladlarına dərs keçməsini istəmədiklərini bildirirlər və övladlarını məktəbə göndərmirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.