Ölkə

Bakının bu yolunda təmir işləri başladı - FOTO

26 Sentyabr 2017 15:25
0 Şərh     Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilə məlumata görə, təmir işləri "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kv.m-ə yaxındır.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd edək ki, işlərin yüksək keyfiyyətlə aparılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.