Ölkə

Kürdüstanın müstəqilliyini dəstəkləyən azərbaycanlı məmur: "Qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm" - YENİLƏNİB

26 Sentyabr 2017 14:20
26 Şərh     Baxış: 9 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır.

14:20

Milli.Az xəbər verir ki, bunu isə APA-ya açıqlamasında "Facebook" sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın Rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev deyib.

"Facebook" sosial şəbəkəsindəki səhifəsində Laçın Rayon İcra Hakimiyyətində çalışdığını qeyd edən F. Tanirverdiyev rəsmi şəxs kimi Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmə dəstəklə bağlı mövqeyinə aydınlıq gətirməsi barədə ona sual ünvanlayan APA İnformasiya Agentliyini məhkəməyə verməklə də hədələyib:

"Mən rəsmi şəxsəm, siz rəsmi dövlət orqanısınız ki, sizə açıqlama verim? Rəsmi orqanlar çağırar, gedib açıqlama verərəm. Siz Dövlət Təhlükəsizliyi Xidmətisiniz, Daxili İşlər Nazirliyisiniz? Əgər mənə desələr ki, çıx, açıqlama ver, görəcəksiniz ki, mən kimsədən qorxmadan, çəkinmədən o açıqlamanı verəcəm. Məni separatçı kimi görürsünüzsə, gedin, məhkəməyə verin. Mən bunu separatizm kimi görmürəm".

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsindəİraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

-----------

12:19

Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
 
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.