Ölkə

Azərbaycanlı qız üçün kampaniya başladı - 136 min manat - FOTO

25 Sentyabr 2017 16:10
35 Şərh     Baxış: 16 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yaşlı Ülviyyə Müzəffərova yaşamaq istəyir. Onun həyata keçirmək istədiyi arzuları, xəyalları var. Lakin Ülviyyənin tutulduğu xəstəlik onun ölümünü hər gün, hər saat yaxınlaşdırır. 27 yaşlı qızın həyatda qala bilməsi üçün 80 min ABŞ dollarına ehtiyac var.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Ülviyyə kəskin limfoblast leykozundan əziyyət çəkir. İki il ərzində (2014-cü il may - 2016-cı il may) Bakıda müalicə almağına baxmayaraq oktyabr ayında residiv müşahidə olunub.

Müalicə üçün Türkiyəyə aparılan Ülviyyənin ilkin müayinə, müalicə və ilik nəqli əməliyyatı həyata keçirilməsi üçün 80 min ABŞ dolları (136 min AZN) lazımdır.

Ülviyyənin yaxınları gənc qızın müalicəsi üçün lazım olan məbləğin yüksək olduğunu nəzərə alaraq hər kəsdən kömək etməyi xahiş edir.

Ülviyyə yaşamaq istəyir, onun həyatını birlikdə xilas edə bilərik.

Ödəmə terminallarından - Bank Respublika - Seriya AZE 05755133
HESAB AZN - 380194 401153 504401
Müzəffərova Hicran Nəbi qızı
Əlaqə nömrəsi: Anası - Hicran xanım - 050 415 71 32

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.